"Qəbələ" qanalı futbolçunun keçidini rəsmiləşdirdi
"Qəbələ" heyətinə daha bir futbolçu qatıb.
Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar” Samuel Tettehin keçidini gerçəkləşdirib. 27 yaşlı qanalı hücumçu ilə 2 mövsümlük müqavilə imzalanıb.
Samuelin son klubu “Adanaspor” olub.
2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. Tetteh karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Red Bull Zalsburq” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarının şərəfini qoruyub.
Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.