Qərb derbisi 2 manata

Qərb derbisi 2 manata

Azərbaycan Premyer Liqasının XI turunda keçiriləcək "Turan Tovuz" - "Kəpəz" oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Biletləri bu gündən etibarən stadionun kassasından əldə etmək mümkündür. Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun oktyabrım 28-də saat 19:00-da Tovuz şəhər stadionunda start götürəcək.