Qrup mərhələsinin ən yaxşı 10 qolunun müəllifi açıqlanıb
UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Yunanıstan təmsilçisi AEK-in futbolçusu Cibril Sidibenin İngiltərə klubu "Brayton"la matçda başla vurduğu qol ən yaxşı seçilib.
Fransalı müdafiəçinin zərbəsi azarkeşlər arasında aparılan səsvermədə hamıdan çox səs toplayıb.
Qrup mərhələsində "Qarabağ"la qarşılaşmada vurduğu qolla namizədlər sırasına düşən Almaniyanın "Bayer" klubunun hücumçusu Viktor Bonifeys 7-ci pillədə qərarlaşıb.
Avropa Liqasında ən yaxşı qolların müəllifləri:
1. Cibril Sidibe (AEK): "Brayton"la oyun - 3:2 (1-ci tur)
2. Pyerr-Emerik Obameyanq ("Marsel"): "Ayaks"la oyun - 4:3 (5-ci tur)
3. Lukas Paketa ("Vest Hem"): "Olimpiakos"la oyun - 1:2 (3-cü tur)
4. Lüdovik Blas ("Renn"): Hayfa "Makkabi"si ilə oyun - 3:0 (1-ci tur)
5. Lorents Assinyon ("Renn"): "Vilyarreal"la oyun - 2:3 (6-cı tur)
6. Teys Dallinqa ("Tuluza"): "Liverpul"la oyun - 3:2 (4-cü tur)
7. Viktor Bonifeys ("Bayer"): "Qarabağ"la oyun - 5:1 (3-cü tur)
8. Maqnus Volff-Eykrem ("Molde"): "Hakken"lə oyun - 5:1 (3-cü tur)
9. Lukas Paketa ("Vest Hem"): "Frayburq"la oyun - 2:1 (2-ci tur)
10. Santi Komesana ("Vilyarreal"): "Panatinaikos"la oyun - 3:2 (5-ci tur)