Ramil Quliyevdən növbəti çempionluq

Ramil Quliyevdən növbəti çempionluq

Azərbaycanlı atlet Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu adını qazanıb.

MediaSport.az xəbər verir ki, "Fənərbağça" klubuna məxsus olan idmançı 200 metr məsafəyə qaçışda birinci yeri tutub.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.