Superliqanın iki komandası Ramil Şeydayevi transfer etmək istəyir
Adı 1 aydan çoxdur "Buriram Yunayted"in oyunlarında iştirak ərizəsinə salınmayan Ramil Şeydayev Tailand klubundan ayrılmaq üzrədir.
Mediasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının hücumçusu yolunu ikinci dəfə Türkiyədən salmağa yaxındır.
Asiya ölkəsi təmsilçisinin heyətində son 1 ayda heç bir matça çıxmayan 28 yaşlı forvard Superliqa klubları "Sivasspor" və "Antalyaspor"un maraq dairəsindədir.
Futbolçunun meneceri Türkiyə klubları ilə danışıqları davam etdirir. Ramil elə bu ay, ən pis halda yayda "Buriram Yunayted"dən ayrılacaq.
Qeyd edək ki, yığmamızın üzvü 2016/2018-ci illərdə "Trabzonspor"un futbolçusu olsa da, Slovakiyanın "Jilina" klubuna icarəyə verilib.
O, Qaradəniz klubunun heyətində 3 oyun keçirib, 1 qol vurub.