Rəcəb Fərəczadə Azərbaycan millisinin baş məşqçisi təyin edildi

 Rəcəb Fərəczadə Azərbaycan millisinin baş məşqçisi təyin edildi

Azərbaycanın minifutbol üzrə U-23 millisinin baş məşqçisi müəyyənləşib.

Bu barədə Mediasport.az saytına Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma komanda Rəcəb Fərəczadəyə həvalə edilib.

Mütəxəsis oktyabrın 7-10-u aralığında Xorvatiyada keçiriləcək dünya çempionatında komandaya rəhbərlik edəcək.

R.Fərəczadənin köməkçiləri Tural Nərimanov və Natiq Kərimi təyin olunub.