Milli komandamız Bosniyada Monteneqroya qarşı - AÇ-2023

Milli komandamız Bosniyada Monteneqroya qarşı - AÇ-2023

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununa çıxacaq.

mediasport.az xəbər verir ki, yığmamız Bosniya və Herseqovinada Bakı vaxtı ilə saat 16:00-da start götürəcək matçda Monteneqro komandası ilə qarşılaşacaq.

U-17 qrupda Qazaxıstana 2:0 hesabıyla qalib gəlib, ardınca Bosniya və Herseqovinaya eyni hesabla məğlub olub.


AÇ-2023. Seçmə mərhələ B Liqası, 2-ci qrup


16:00. Monteneqro – Azərbaycan

Baş hakim: Elena Qobyila (Moldova).

Baş hakimin köməkçiləri: Ana Çiobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina).

Dördüncü hakim: Almasa Hodziç (Bosniya və Herseqovina).

“Etno Selo Stanişiçi” stadionu (Biyelina).

Xal durumu: Bosniya və Herseqovina – 6. Monteneqro – 3. Azərbaycan – 3. Qazaxıstan – 0.