Millinin 25 yaşlı keçmiş müdafiəçisi hovuzda çimərkən boğuldu!
İsveçrənin ikinci liqa təmsilçisi “Lozanna Uşi”nin müdafiəçisi Elia Alessandrini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
mediasport.az xəbər verir ki, İordaniyada istirahətdə olan 25 yaşlı isveçrəli futbolçu Omanda tətil etdiyi hovuzda boğulub.
O, bir neçə saat sonra istirahətini başa vurub İsveçrəyə qayıtmağa hazırlaşırmış. "Lozanna"da bu ildən çıxış edən Elia yeni klubunda 5 oyun keçirmişdi. U-20 daxil İsveçrənin bütün aşağı yaş qrupları üzrə millilərində forma geyinib.