Rumıniya klubunun baş məşqçisi "Qarabağ"la oyun haqda danışdı

Rumıniya klubunun baş məşqçisi "Qarabağ"la oyun haqda danışdı

"Avropada bütün oyunlar çətindir. Rəqibimiz yaxşı və yetərincə avrokubok təcrübəsi olan komandadır",

Mediasport.az xəbər verir ki, bu sözləri gələn həftə UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində Bakıda "Qarabağ"ın rəqibi olacaq Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Xaralambus deyib.

44 yaşlı kiprli mütəxəssis Azərbaycan çempionunun Avropa təcrübəli komandalardan biri olduğunu bildirib:

“Bütün diqqətimizi "Qarabağ"la keçirəcəyimiz oyuna yönəltməliyik. Qarşıdakı matçlarda xallar toplamalıyıq ki, ən yaxşı 8 komanda sırasına düşək. Qol imkanlarını əldən vermək olmaz”.

Yanvarın 23-də baş tutacaq "Qarabağ" - FKSB qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.