Sabiq "Qarabağ"lılar Kosovo klubunu çalışdıracaqlar - RƏSMİ

Sabiq "Qarabağ"lılar Kosovo klubunu çalışdıracaqlar - RƏSMİ

"Qarabağ"ın sabiq legioneri Zəkəriyyə Ramadaninin yeni iş yeri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun veteran müdafiəçisi Kosovonun iddialı klublarından “Drita”nın baş məşqçisi olub.

45 yaşlı makedoniyalıya kömək edəcək məşqçilərdən biri də sabiq "Qarabağ"lı yarımmüdafiəçi Sedat Saini təyin edilib.

İkili son olaraq Səudiyyə Ərəbistanının 1-ci Liqa təmsilçisi "Ohod"da çalışıb.