Rusiya və Belarus idmançılarına qoyulan qadağa götürüldü
Beynəlxalq Boks Assosiasiyası (İBA) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarı ləğv edib.
MediaSport.az xəbər verir ki, İBA-nın Direktorlar Şurası əvvəlki qərarın ləğvi, həmçinin Rusiya və Belarusdan olan boksçuların dərhal yarışlarda iştirak etməsinə icazə verilməsi üçün səs verib.
Vurğulanıb ki, İBA bütün ölkələri sülhə çağırır və istənilən münaqişədə sülhməramlı olaraq qalır. Rusiya qoşunları bu il fevralın 24-dən Ukrayna torpaqlarına hücuma keçdiyi üçün həm fərdi, həm komanda növlərində bütün rəsmi idman yarışlarından kənarlaşdırılıb. Belarus bu ölkəyə dəstək olduğuna görə bəzi qadağalarla üzləşib.