Milli komandamız Türkiyə toplanışında BƏƏ-yə qalib gəlib

Milli komandamız Türkiyə toplanışında BƏƏ-yə qalib gəlib

Türkiyədə təlim-məşq toplanışında olan kişi basketbolçulardan ibarət Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.

Mediasport.az xəbər verir ki, İstanbul şəhərində baş tutan görüşdə yığmamız Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kollektivi ilə qarşılaşıb.

Duel Tahir Baxşıyevin rəhbərlik etdiyi komandmaızın 72:57 hesablı qələbəsilə başa çatıb.

Millimizin heyətində ən məhsuldar basketbolçu 14 xal və 4 ribaundla kapitan Amil Həmzəyev olub.

Qeyd edək ki, təlim-məşq toplanışının fevralın 21-dək davam etməsi planlaşdırılır.