"Səbail"i Ermənistan klubu kimi təqdim etdilər

"Səbail"i Ermənistan klubu kimi təqdim etdilər

"Transfermarkt" portalının rəsmi feysbuk səhifəsi "Səbail"i Ermənistan klubu kimi təqdim edib. MediaSport.az xəbər verir ki, səhifə 4 məşhur futbolçunun son klublarının düzgün tapılması ilə bağlı paylaşım edib.

Didye Droqba, Mikael Essyen, Samuel Eto`O və David Vilyanın şəklinin paylaşıldığı postda "Səbail" Ermənistan klubu kimi göstərilib. Essyen 2019-cu ilin mart ayından 2020-ci ilin sentyabrına kimi "Səbail"də çıxış edib.