"Turan Tovuz"dan tarixi qələbə

"Turan Tovuz"dan tarixi qələbə

“Turan Tovuz” tarixində ilkə imza atıb.

mediasport.az xəbər verir ki, Ayxan Abbasovun komandası buna Azərbaycan Premyer Liqasının I turunda nail olub.

Tovuz təmsilçisinin “Araz-Naxçıvan” üzərində 3:0 hesablı qalibiyyəti klubun tarixində Premyer Liqada səfərdə ilk böyükhesablı qələbə olub. Buna qədər qərblilər yalnız bir dəfə rəqib meydanında 3 qol vurublar.

Mayın 1-də “Zirə”ni 3:1 hesabı ilə yenən “Turan Tovuz” bu dəfə səfərdə qapısını da toxunulmaz saxlayıb. Qeyd edək ki, “Araz-Naxçıvan” “Turan Tovuz”u Bakıdakı “Dalğa Arena”da qəbul edib.