Rəqibdə qulaqcıq aşkarlandı, Gövhərə DÇ-də texniki qələbə verildi
İtaliyanın Sardiniya adasında gənc şahmatçılar arasında Dünya çempionatında iştirak edən təmsilçimiz Gövhər Beydullayeva texniki qələbə qazanıb.
mediasport.az xəbər verir ki, 19 yaşlı qrossmeysterin VI turda qarşılaşdığı hindistanlı Nutakki Priyankanın cibində qulaqcıq aşkarlandığı üçün yarışdan kənarlaşdırılıb.
Hadisə görüşdən sonra keçirilən ənənəvi yoxlanış zamanı baş verib. Priyanka oyun vaxtı qulaqcıqdan istifadə etməsə də, qaydalara uyğun olaraq, texniki məğlubiyyət alıb və mundialdan kənarlaşdırılıb.
Bu qələbədən sonra Gövhər Beydullayeva 5,5 xalla vahid lider olub. O, ən yaxın izləyicisini 0.5 xal qabaqlayır.