Daha 6 güləşçimizdən uğursuz start, yalnız Ruslan yarımfinalda
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə digər təmsilçilərimiz tatami üzərinə çıxıblar.
Əvvəlcə Rahim Həsənov (55 kq) təsəlliverici görüşdə çinli Huoyinq Şiyə tam üstünlüklə qalib gəlib (10:1) və bürünc medal uğrunda görüşə vəsiqəni təmin edib.
Tural Əhmədov (60 kq) ispaniyalı David Sançesi üstələyib (4:3) və 1/8 finala yüksəlib. Lakin bu raundda iranlı Mohammadmehdi Qulampuraya uduzub (1:5).
Məhəmməd Şükürzadə (63 kq) təsəlliverici görüşdə iranlı Erfan Carkaniyə məğlub olub (1:3).
Təvəkgül Həziyev (67 kq) qırğızıstanlı Bayaman Kərimova tam üstünlüklə qalib gəlib (10:0) 1/8 finala yüksəlsə də, yaponiyalı Kojiro Hasegavaya uduzub (3:7).
Ruslan Nurullayev (72 kq) moldovalı Vasile Zabikaya tam üstünlüklə qalib gələrək (9:1) 1/8 finala, hindistanlı Akaş Puniayı 5:3 hesabıyla üstələyərək 1/4 finala yüksəlib. Xorvatiyalı Luka İvançiçi də məğlub edən Ruslan (0:8) yarımfinala adını yazdırıb. O, finala vəsiqə uğrunda ermənistanlı Aşot Xaçatryanla mübarizə aparacaq.
İsmayıl Rzayev (82 kq) iranlı Mohammad Arjmanddaştakiyə tam üstünlüklə qalib gəlsə də (13:4), 1/4 finalda rusiyalı Abduraxman Abdulkadırova uduzub (0:11).
Mikayıl İsmayılov (97 kq) Dorian Olquinə 5:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda iranlı Hamidreza Keştkara 0:7 məğlub olub.
Məzaim Mərdanov (130 kq) təsəlliverici görüşdə qırğızıstanlı Samaqan Ormonova 0:9 hesabı ilə uduzub.
Xatırladaq ki, yarımfinal görüşləri Bakı vaxtı ilə 18:45-də başlayacaq.