Ronaldodan sevgilisi Corcinyaya 1.5 metr hündürlükdə tort - FOTO

Ronaldodan sevgilisi Corcinyaya 1.5 metr hündürlükdə tort - FOTO

Kriştiano Ronaldonun sevgilisi Corcinya Rodriges və uşaqları Madriddən Dünya çemponatının keçirildiyi Qətərin Doha şəhərinə yollanıblar.

mediasport.az xəbər verir ki, onlar DÇ-də 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin etmiş Portuqaliya yığmasının liderinin yanında olaraq dəstək nümayiş etdirmək qərarına gəliblər.

37 yaşlı dünya ulduzu sevgilisinə gəlişi münasibətilə böyük bir tort sifariş etdirib. Tortun hündürlüyü 1.5 metr olub. Ronaldo ailəsinin məskunlaşdığı otelə tortla yanaşı, bir neçə səbət şokolad da göndərib.