Şahruddinin komandası Azərbaycanı təbrik edib - FOTO
Türkiyənin "Adana Dəmirspor" klubu da Azərbaycana 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb.
Mediasport.az xəbər verir ki, Superliqa təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Azərbaycan yığma komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin də heyətində olduğu komanda paylaşımda "Qardaş ölkə Azərbaycanın Müstəqllik Günü mübarək olsun" yazısı qeyd olunub.
Xatırladaq ki, Türkiyənin digər təmsilçisi "Qalatasaray" da ölkəmizlə bağlı təbrik paylaşımı edib.