Məşhur müğənni "Neftçi"nin əməkdaşını qorillaya bənzədib

Məşhur müğənni "Neftçi"nin əməkdaşını qorillaya bənzədib

"Neftçi"nin əməkdaşı Kamran Ağabalayev müğənni Nigar Camalın “Maska” verilişində onu qorillaya bənzətməsinə reaksiya verib.

Mediasport.az xəbər verir ki, aktyor News24.az-a açıqlamasında Nigarın sözlərinə “Təəssüf ki, mən sizin haqqınızda eyni şeyi deyə bilmirəm, Nigar xanım” - deyə, münasibət bildirib. 

Qeyd edək ki, Nigar Qorilla maskasının altında kimin olduğunu tapmağa çalışarkən Murad Arifin “Kamran Ağabalayev də sırğa taxır” sözlərinə “O da qorillaya oxşayır” demişdi.

Kamran Ağabalayev "Neftçi"nin kommunikasiya departamentində sosial platforma üzrə çalışır.