Rus azarkeşlər Qurban Qurbanovu seçdilər - FOTO
Rusiyanın "Matç TV" telekanalının 1 milyondan çox izləyicisi olan "İnstaqram" hesabında Rusiya Premyer Liqasında oynamış ən güclü azərbaycanlı futbolçunun adına aydınlıq gətirilib.
mediasport.az xəbər verir ki, izləyicilər vaxtilə bu ölkənin 4 klubunda forma geyinmiş Qurban Qurbanova daha çox səs verib.
50 yaşlı mütəxəssis hazırda futbolçusu olan Ramil Şeydayevi qabaqlayaraq "ən güclü azərbaycanlı futbolçu" adını qazanıb.
Qurban Qurbanov 1998-2003-cü illər aralığında müvafiq olaraq Stavropol "Dinamo"su, "Baltika", "Fakel" və "Volqar-Qazprom" komandalarının heyətində ümumilikdə 127 oyun keçirib, 36 qol vurub.