Şeydayev, Diniyev və İsgəndərlinin komandaları növbəti sınaqda
Türkiyə 1-ci Liqasında 21-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, turun ikinci oyun günündə 4 görüş baş tutacaq.
Azərbaycanlı futbolçular Vüsal İsgəndərov, Coşqun Diniyev və Ramil Şeydayevin komandaları ("Boluspor", "Ümraniyəspor", "Kocaelispor") növbəti oyunlarına çıxacaqlar.
Çempionatın turnir cədvəlində "Boluspor" 29 xalla 9-cu, "Ümraniyəspor" 24 xalla 10-cu, "Kocaelispor" 39 xalla 3-cü pillədə yer alıb.
Xatırladaq ki, Vüsal 2022-ci ildə "Keçiörəngücü"də forma geyinib.
Türkiyə 1-ci Liqası. 21-ci tur
14:30 "Keçiörəngücü" - "Boluspor"
14:30 "Ümraniyəspor" - "Bodrumspor"
17:00 "Kocaelispor" - "Adanaspor"
20:00 "Göztəpə" - "Altay"