Şimali makedoniyalı futbolçu Azərbaycan Premyer Liqasında

Şimali makedoniyalı futbolçu Azərbaycan Premyer Liqasında

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Akademiya Pandev"in hücumçusu Kristian Velinovskini transfer edib.

Bu barədə Şimali Makedoniya klubunun mətbuat xidməti məlumat yayıb.

"Sumqayıt"ın 24 yaşlı forvard üçün qarşı tərəfə təzminat ödədiyi bildirilib.

Qeyd edək ki, Kristian Velinovski "Akademiya Pandev"in heyətində keçirdiyi 116 rəsmi matçda 15 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.