Andrey Lunyov ilk "3-lük"də qərarlaşıb - UEFA Avropa Liqası

Andrey Lunyov ilk "3-lük"də qərarlaşıb - UEFA Avropa Liqası

"Qarabağ"ın rusiyalı qolkiperi Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində fərqləndirilən qapıçılardan olub.

Mediasport.az xəbər verir ki, o, 5 qarşılaşmada 23 qurtarışa imza atıb və ən çox qurtarış edən qapıçılar arasında 3-cü sırada qərarlaşıb.

"Aris"in dəri əlcək sahibi Vana (30) birinci, "Rakuv"un qolkiperi Vladan Kovaçeviç (27) isə ikinci pillədə yer alıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Bakıda "Hekken"i məğlub edərək (2:1) tarixində ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.