Mariya Stadnik və digər qadın güləşçilərimiz uğursuz çıxış ediblər

Mariya Stadnik və digər qadın güləşçilərimiz uğursuz çıxış ediblər

Azərbaycanın daha üç qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında uğursuz çıxış edib.

Mediasport.az xəbər verir ki, komandamızın lideri Mariya Stadnik, Jalə Əliyeva və Birgül Soltanova mundialı medalsız başa vurublar.

Dünya qadın güləşinin əfsanələrindən olan və 50 kq-da mübarizə aparan Stadnik 2 mərhələ keçsə də, 1/4 finalda ABŞ təmsilçisi Sara Ann Hildebrandta uduzub.

57 kq-da Jalə Əliyeva eyni mərhələdə digər ABŞ idmançısı Helen Maroulisə məğlub olub.

65 kq-dakı təmsilçimiz Birgül Soltanova isə 1/8 finalda türkiyəli Kadriye Aksoyla bacarmayıb.