Stadnik və digər qadın güləşçilərimiz üçün son şans

Stadnik və digər qadın güləşçilərimiz üçün son şans
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Mediasport.az
xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 5 qadın güləşçisi mübarizəyə qoşulacaq.

"Paris-2024"ə hələ vəsiqə qazanmayan qadın millimiz üçün bu, son şansdır.

İlk 3 yerin sahibi Olimpiadada iştirak hüququna yiyələnəcək.

Qeyd edək ki, Azərbaycan sərbəst və yunan-Roma güləşçiləri ilə olimpiadaya ümumilikdə 11 lisenziya qazanıb.

Vəsiqələrdən 6-sı "sərbəstlər"in payındadır.
İstanbul yarışında Hər çəkidə ilk 3 yeri tutan güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər.

Dünya Olimpiya Təsnifat Turniri

50 kq
1/8 final: Mariya Stadnik - Menq Seh (Çin Taypeyi) - Aintzane Qoni (İspaniya) cütünün qalibi
53 kq
Təsnifat mərhələsi: Gültəkin Şirinova - Laura Avila (Kuba)
57 kq
Təsnifat mərhələsi: Alyona Kolesnik - Ramona Qalambos (Macarıstan).
62 kq
Təsnifat mərhələsi: Ruzanna Məmmədova - Anastasiya Qriqoryeva (Latviya)
68 kq
Təsnifat mərhələsi: Elis Manolova - Nikol Parrado (Kolumbiya)