"Turan Tovuz"lu ABŞ millisinə qarşı
Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) Qızıl Kubokunda yarımfinlaçılar müəyyənləşib.
MediaSport.az xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama millisi də 1/2 finala çıxan yığmalar arasındadır.
Panamalıların bu mərhələdə rəqibi ABŞ yığması olacaq. Meksika isə Yamayka millisi ilə qarşılaşacaq. Görüşlər iyulun 13-də keçiriləcək.