Bakı kənd və qəsəbələri arasında futbol turnirində 3-cü tur oynanılıb

Bakı kənd və qəsəbələri arasında futbol turnirində 3-cü tur oynanılıb

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.

Turun ilk oyun günündə Əmircan" "Bülbülə"yə məğlub olub (3:6), "Yeni Suraxanı" "Hövsan"a 13:1, "Şağan" "Zirə"yə 3:0, "Qala" "Türkan"a 3:1, "Qaraçuxur" "Keşlə"yə 19:1, "Günəşli" "Əhmədli"yə 12:2, "Binə" "Şüvəlan"a 5:1, "Mərdəkan" isə "Buzovna"ya 11:1 hesabı ilə qalib gəlib.

İkinci yarış günündə "Nardaran" - "Maştağa”, "Kürdəxanı" - "Pirşağı", "Mehdiabad" - "Aşağı Güzdək" duellərində qapılara qol vurulmayıbsa, "Sabunçu" - "Ramana" görüşündə bol qollu heç-heçə qeydə alınıb.

"Zabrat" "Balaxanı"dan (2:1), "Məmmədli" "Görədil"dən (2:1), "Biləcəri" "Masazır"dan (3:2) və "Saray" "Binəqədi"dən üstün olub (3:1).