"Sabah"ın üzvü əməliyyat olundu, məşqlərə 2 həftə sonra başlayacaq

"Sabah"ın üzvü əməliyyat olundu, məşqlərə 2 həftə sonra başlayacaq

"Sabah" klubunun futbolçusu Anatoli Nuriyev əməliyyat olunub.

Mediasport.az xəbər verir ki, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.

Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.