"Araz-Naxçıvan"ın qış planı və rəqiblərdən biri müəyyənləşib
"Araz-Naxçıvan"ın qış hazırlıq planı məlum olub.
Mediasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi gələn il yanvarın 5-də bir araya gələcək.
Hazırlığın birinci mərhələsi Bakıda baş tutacaq. Onlar yanvarın 10-da yeni ildə ilk matça çıxacaqlar. Yoldaşlıq oyununda rəqib "Zirə" olacaq. Komanda ikinci mərhələyə yanvarın 12-də Qələbədə start verəcək.
Yanvarın 15-də Qəbələdə Premyer Liqa klublarından biri ilə qarşılaşacaq "Araz-Naxçıvan" matçdan sonra Bakıya dönəcək. Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qarabağ"la qarşılaşacaqlar.