"Sumqayıt"ın "Orenburq"la yoldaşlıq matçının başlama saatı açıqlanıb

"Sumqayıt"ın "Orenburq"la yoldaşlıq matçının başlama saatı açıqlanıb

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt"ın ilk yoxlama oyununun saatı açıqlanıb.

Mediasport.az xəbər verir ki, Rusiyanın "Orenburq" klubu ilə sabah Qızılcahamam stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sumqayıt" iyulun 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcəyi bildirilib.

"Sumqayıt" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.