Tailandda oynayan azərbaycanlı futbolçu klubundan ayrılıb
Tailandda legioner həyatı yaşayan azərbaycanlı futbolçu Məmməd Quliyev formasını geyindiyi 3-cü liqa təmsilçisi "Saraburi"dən ayrılıb.
Mediasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandası pley-offa yüksələ bilmədiyi üçün getmək qərarı verib.
Quliyev vaxtilə ölkəmizdə “Rəvan”, “İnter” (indiki “Keşlə”) və Tailandın “Kampaenqpet”, “Kasem Bandit”, “Tonburi Yunayted” və “Uttaradit” klublarında çıxış edib.