Təmsilçilərimiz "Vüqar Həşimov Memorialı-2022"yə uğursuz başladı
"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinə star verilib.
mediasport.az xəbər verir ki, birinci oyun günündə rapid növündə ilk üç tur oynanılıb.
Azərbaycan təmsilçilərindən Rauf Məmmədov iki qələbə, bir heç-heçə əldə edib. Şəhriyar Məmmədyarov iki qarşılaşmada bərabərliyə razılaşıb, üçüncüdə məğlub olub. Aydın Süleymanlı hər üç görüşündə uduzub, Abdulla Qədimbəyli isə bir heç-heçə ilə kifayətlənib.
Dekabrın 24-də yekun vurulacaq turnirdə hələlik Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 6 xalla liderdir, Rauf Məmmədov 5 xalla ikinci, ABŞ şahmatçısı Semuel Şenklənd, ispaniyalı Valeho Pons və çinli Van Hao 4 xalla ilk "5-liy"i qapayırlar. Rumıniyanı təmsil edən Riçard Rapport, Şəhriyar Məmmədyarov və hindistanlı Qukeş Dommaracunun 2 xalı var. Abdulla Qədimbəyli 1 xalla 9-cu, xalı olmayan Aydın Süleymanlı isə sonuncu yerdədir.
"Vüqar Həşimov Memorialı-2022"
I tur
Abdulla Qədimbəyli - Rauf Məmmədov 0:1
Van Hao (Çin) - Şəhriyar Məmmədyarov 0,5:0,5
Semuel Şenklənd (ABŞ) - Aydın Süleymanlı 1:0
Nodirbek Abdusattorov (Özbəkistan) - Valeho Pons (İspaniya) 1:0
Riçard Rapport (Rumıniya) - Qukeş Dommaracu (Hindistan) 1:0
II tur
Valeho Pons (İspaniya) - Riçard Rapport (Rumıniya) 1:0
Şəhriyar Məmmədyarov - Semuel Şenklənd (ABŞ) 0,5:0,5
Rauf Məmmədov - Qukeş Dommaracu (Hindistan) 1:0
Aydın Süleymanlı - Nodirbek Abdusattorov (Özbəkistan) 0:1
Abdulla Qədimbəyli - Van Hao (Çin) 0:1
III tur
Riçard Rapport (Rumıniya) - Aydın Süleymanlı 1:0
Semuel Şenklənd (ABŞ) - Abdulla Qədimbəyli 0,5:0,5
Nodirbek Abdusattorov (Özbəkistan) - Şəhriyar Məmmədyarov 1:0
Van Hao (Çin) - Rauf Məmmədov 0,5:0,5
Qukeş Dommaracu (Hindistan) - Valeho Pons (İspaniya) 0:1