Özünə qəbir hazırlatdırdı, hər gün torpağın üstündə 1 saat uzanır
Türkiyəli keçmiş futbolçu Əli Aytəkin maraqlı addımı ilə gündəm olub.
mediasport.az xəbər verir ki, 3 uşaq atası olan 67 yaşlı idmançı Bursada özü üçün qəbir hazırlatdırıb.
Hər gün "məzarını" ziyarət edən Əli ölümü xatırlamağa və xatırlatmağa çalışdığını deyir: "Hər gün məzar yerimə baş çəkirəm, burada əkdiyim güllərə su verir, torpağın üstünə uzanaraq ölümün son dayanacaq olduğunu xatırlayıram, yada salıram. Burada kimin varlı, kimin kasıb olduğunu anlaya bilmədim. Bildiyim odur ki, hamısı bir "Fatihə" gözləyir. Çünki bütün ölülər eynidir. Mən də öz "qəbrimdə" azı 1 saat vaxt keçirdirəm".