Musa Qurbanlı növbəti oyununu keçirib, "Yurqorden" uduzub

Musa Qurbanlı növbəti oyununu keçirib, "Yurqorden" uduzub

Azərbaycan milli komandasının futbolçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" yeni mövsümün hazırlığı çərçivəsində  növbəti yoxlama oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, İsveç klubu Norveçin "Vikinq" komandası ilə qarşılaşıb.

Görüş Stokholm təmsilçisinin məğlubiyyətilə yekunlaşıb - 1:3.

Yığmamızın forvardı meydana ikinci hissədə daxil olub və sonadək oynayıb.

Qeyd edək ki, "Yurqorden" 3 gün əvvəl ilk yoldaşlıq matçını İsveçin 2-ci Liqası klubu "Myallbü"yə qarşı keçirib və 0:1 hesabı ilə uduzub.

Qurbanlı bu qarşılaşmada da fasilədən sonra şans qazanıb.