Tovuz stadionunda yenilik - FOTOLAR

Tovuz stadionunda yenilik - FOTOLAR

Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib.

MediaSport.az xəbər verir ki, infrastrukturun ideal vəziyyətə gətirilməsi üçün baş sponsor “HUNER Group”un maddi dəstəyi ilə stadion ərazisində iki mərtəbəli yeni bina inşa olunur.

“Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək binada hər cür şəraitlə təmin olunan yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq. 

Bununla yanaşı projektorların quraşdırılması işlərinə də start verilib.