Millimizin forvardı Superliqa futbolçusuna minnətçi düşdü - FOTO
Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Əmrəli dünən Skopye şəhərində keçirilmiş Şimali Makedoniya - Azərbaycan qarşılaşmasının ardından meydan sahiblərinin yarımmüdafiəçisi Enis Bardi ilə görüşüb.
mediasport.az xəbər verir ki, o, görüşdən əvvəl “Dinamo”dakı komanda yoldaşı Stefan Ristovski vasitəsi ilə Bardidən ona “Trabzonspor” forması verməsini xahiş edib.
Qaradəniz klubunun 27 yaşlı futbolçusu yığmamızın üzvünü qırmayıb.
Mahir millimizin 3:1 hesabı ilə qalib gəldiyi matçda meydana 59-cu dəqiqədə daxil olub. Hədiyyə ilə şəklini sosial şəbəkə hesabında paylaşan Mahir Bardiyə təşəkkürünü bildirib.