İşçi içəridə ola-ola "Misli"ni soydular: 400-dən çox lotereya oğurlandı
Bakıda fəaliyyət göstərən "Misli" məntəqəsində oğurluq hadisəsi baş verib.
mediasport.az saytının əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Nərimanov rayonu ərazisində qeydə alınıb.
Azadlıq prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində yerləşən məntəqəyə daxil olan gənc oğlan əvvəlcə zalda bir qədər vaxt keçirib. Sonra kassirin başının qarışdığını görərək məntəqəyə yeni gətirilmiş və dəyəri təxminən 1000 manat civarında olan 4 qutu "Poz-Qazan" lotereyasını götürərək ərazidən uzaqlaşıb.
Soyğunçunun oğurluğu anbaan "Misli"nin müşahidə kameralarında qeydə alınıb.