"Qarabağ" və "Qalatasaray" açıqladı: "Yoldaşlıq deyil, Qardaşlıq oyunu!"
"Qarabağ" və "Qalatasaray" futbol klublarının martın 26-da yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
mediasport.az xəbər verir ki, bu barədə hər iki klub sosial şəbəkə hesabları vasitəsilə məlumat paylaşıb.
Ağdam təmsilçisi rəsmi feysbuk hesabında bu görüşü "Yoldaşlıq deyil, Qardaşlıq oyunu!" adlandırıb.
Oyun Bakı Olimpiya Stadionunda saat 20:00-da təşkil ediləcək.
Qarşılaşmadan əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün ayrılan fondun hesabına yatırılacaq.
Məlumata görə, yaxın günlərdə satışa çıxarılacaq biletlərin qiyməti 3 manatdan başlayacaq, ən bahalı bilet 100 manata satılacaq.