Tovuzlu azarkeşlər 2 manata bilet alıb qiymətli hədiyyə qazandılar
Azərbaycan Premyer Liqasının 26-cı turunun “Turan Tovuz” – “Araz Naxçıvan” oyunundan sonra meydan sahibi klubunun tərəfdaşı “İnci Group of Companies” tərəfindən stimullaşdırıcı lotereya keçirilib.
Mediasport.az xəbər verir ki, şirkət tərəfindən təqdim olunan 4 növ məişət avadanlığı sahibini tapıb.
Əvvəlcədən lototrona yerləşdirilən bilet kötüklərindən 4-ü ardıcıllıqla lototrondan çıxarılıb.
Qalib seriyalara malik biletlər uduşlu sayılıb.
Tovuz təmsilçisinin tərəfdaşı tərəfindən təqdim olunan məişət texnikasına İsrafil Abdullayev, Mayıl İbrahimov, İsrafil Qənbərov və Ruslan Rəhimli sahib olublar.