"Turan Tovuz"un direktoru Nadir Nəbiyev əməliyyat edilib

"Turan Tovuz"un direktoru Nadir Nəbiyev əməliyyat edilib

Qərb Regional Futbol Federasiyası İctimai Birliyininin prezidenti Nadir Nəbiyev əməliyyat olunub.

Mediasport.az xəbər verir ki, eyni zamanda “Turan Tovuz” klubunda uşaq futbolunun inkişafı üzrə direktoru vəzifəsini icra edən funksionerin çiynindəki mil sökülüb.

O, futbol oynadığı vaxtlarda çiyni qırıldığı üçün mil qoyulub. Çiynindəki ağrılar çəkildiyindən artıq milə ehtiyac qalmayıb.

Məlumatı Nəbiyevin fəaliyyət göstərdiyi Tovuz klubundan təsdiq ediblər.