Azərbaycan gimnastları dünya çempionatında iştirak edəcəklər

Azərbaycan gimnastları dünya çempionatında iştirak edəcəklər

Bu gün Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında bədii gimnastika üzrə ikinci Dünya çempionatı keçiriləcək.

MediaSport.az xəbər verir ki, mundialda ölkəmizi fərdi gimnastlar Şəms Ağahüseynova, Nuray Əhmədzadə, Nəzrin Abdullayeva, qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova təmsil edəcəklər.

Yarış iyulun 9-da yekunlaşacaq.