"Turan Tovuz" heyətini albaniyalı futbolçu ilə gücləndirdi - RƏSMİ
Turan Tovuz" növbəti transferi həyata keçirib.
mediasport.az xəbər verir ki, qərb təmsilçisi albaniyalı Belaydi Pusi ilə anlaşıb. Hücumçu ilə 6 ay+1 il müddətində rəsmi müqavilə bağlanıb.
Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
"Vlajniya"nın 25 yaşlı yetirməsinin son klubu "Şkenderbeu" olub. Bu mövsüm meydana çıxdığı 12 oyunda, 6 qol vurub.