"Üzərimdə çox işləməliyəm"

"Üzərimdə çox işləməliyəm"

DÇ-2024-ün seçmə mərhələsində Yunanıstanı 7:0 hesabıyla məğlub edən futzal üzrə milli komandamızın üzvü Xəzər Ağalızadə açıqlama verib.

mediasport.az xəbər verir ki, görüşdə debüt edən yığmanın 19 yaşlı futzalçısı əsas komandada meydana çıxdığına görə qürür hiss keçirdiyini deyib.

"Qələbə münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm. Azərbaycan milli komandasının üzvü olmaq, formasını geyinmək hər birimiz üçün fəxr, qürurvericidir. A milli komandanın heyətində ilk rəsmi beynəlxalq oyunuma çıxdım. Buna qədər Qazaxıstanla yoldaşlıq matçında, eləcə də U-19 yığmasının formanı geyinmişdim. Çalışdım baş məşqçinin etimadını qazanım. Bunun üçün də onun tapşırıqlarını yerinə yetirdim. Qol vurmaq üçün şansım oldu, təəssüf ki, fərqlənə bilmədim. Növbəti oyunlarda da şans qazanacağıma ümid edirəm. Əlbəttə, bunun üçün üzərimdə çox işləməliyəm".