Taekvondoçularımız Avropa Multi Oyunlarına 3 medalla başladılar

Taekvondoçularımız Avropa Multi Oyunlarına 3 medalla başladılar

Taekvondoçularımız Avropa Multi Oyunlarına uğurla start veriblər.

mediasport.az xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmələr arasında keçirilən Avropa Multi Oyunlarının ilk günündə idmançılarımız 3 medal qazanıblar.

Məmməd Abdullayevin rəhbərlik etdiyi Azərbaycan millisinin heyətində Məhəmməd Həsənli (48 kq) gümüş, Hüseyn Xudiyevlə (78 kq) Ruslan Həsənzadə (+78 kq) isə bürünc mükafata yiyələnib.

Yarışın ikinci günündə yeniyetmə taekvondoçular qüvvəsini sınayacaq. Yığmamız bu mübarizədə 8 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq.