İngiltərə Premyer Liqasında hər turun 3 oyunu canlı yayımlanacaq

İngiltərə Premyer Liqasında hər turun 3 oyunu canlı yayımlanacaq

İngiltərə Premyer Liqasında 2024/2025-ci illər mövsümünün matçları Azərbaycanda "İdman" TV vasitəsilə canlı yayımlanacaq.

Dövlət televiziyasından Mediasport.az saytına verilən məlumata görə, tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

Kanal qarşıdakı turdan etibarən hər həftə 3 görüşü canlı yayımda təqdim edəcək.

Hazırda liqada 3 tur geridə qalıb.

Xatırladaq ki, telekanal, həmçinin, uzun müddətdir Almaniya Bundesliqasının da ölkəmizdə yayım hüququna sahibdir.