“Vüqar Həşimov Memorialı-2022” turnirində rapid yarışları yekunlaşdı
“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirində rapid yarışlarına yekun vurulub.
mediasport.az xəbər verir ki, üçüncü oyun günündə VII, VIII və IX turun qarşılaşmaları baş tutub.
VII turda ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 1 qalibiyyət, 1 heç-heçə əldə edib, bir görüşdə isə 17 yaşlı Aydın Süleymanlıya uduzub. Məmmədyarov turnirdə ilk qələbəsini IX turda Abdulla Qədimbəyli üzərində qazanıb.
Rauf Məmmədov gün ərzində keçirdiyi 3 görüşdən ikisində rəqibini məğlub edib.
Dekabrın 21-də turnirdə fasilə olacaq. Ertəsi gün blits yarışlarına start veriləcək. Turnirin qalibi rapid və blits yarışlarının yekununda müəyyənləşəcək. Yarış dekabrın 24-də başa çatacaq. Hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 14 xalla liderdir. Ondan 2 xal geri qalan Rauf Məmmədov və ispaniyalı Valyexo Pons 2-3-cü yerləri bölüşdürürlər. Çinli Van Hao 10 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 8 xalı olan Rapport və Məmmədyarov 5-6-cı pillələrdə qərar tutublar. Qədimbəyli 7 xalla 7-ci, eyni xala malik Dommaraku 8-cidir. Şenklend və Süleymanlı aktivlərindəki 6 xalla son iki sırada yer alıblar.
"Vüqar Həşimov Memorialı-2022"
VII tur
Nodirbek Abdusattorov (Özbəkistan) - Rauf Məmmədov – 1:0
Riçard Rapport (Rumıniya) - Semuel Şenklend (ABŞ) – 1:0
Qukeş Dommaraku (Hindistan) - Van Hao (Çin) - 0,5:0,5
Valyexo Pons (İspaniya) - Abdulla Qədimbəyli – 0,5:0,5
Aydın Süleymanlı - Şəhriyar Məmmədyarov – 1:0
VIII tur
Rauf Məmmədov - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Abdulla Qədimbəyli - Aydın Süleymanlı - 0,5:0,5
Van Hao (Çin) - Valyexo Pons (İspaniya) – 0:1
Semuel Şenklend (ABŞ) - Qukeş Dommaraku (Hindistan) – 1:0
Nodirbek Abdusattorov (Özbəkistan) - Riçard Rapport (Rumıniya) - 0,5:0,5
IX tur
Riçard Rapport (Rumıniya) - Rauf Məmmədov – 0:1
Qukeş Dommaraku (Hindistan) - Nodirbek Abdusattorov (Özbəkistan) - 0,5:0,5
Valyexo Pons (İspaniya) - Semuel Şenklend (ABŞ) – 1:0
Aydın Süleymanlı - Van Hao (Çin) – 0,5:0,5
Şəhriyar Məmmədyarov - Abdulla Qədimbəyli – 1:0