Şəhriyar qələbə qazana bilmədi: 2 məğlubiyyət, 1 heç-heçə
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində növbəti görüşlərini keçirib.
mediasport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster ikinci yarış günündə ABŞ-ı təmsil edən Hikaru Nakamura, iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə üz-üzə gəlib.
Nakamuraya və Eriqaisiyə uduzan Məmmədyarov Maqsudlu ilə dueldən "sülh"lə ayrılıb. Əvvəlki üç görüşündə qələbə qazanan şahmatçı hazırda 3,5 xalla 2-3-cü yerləri bölüşdürür.
Qalibin 10 min ABŞ dolları qazanacağı turnirə bu gün yekun vurulacaq.