Qələndərzadə Tallində Avropa çempionu tituluna sahib çıxdı

Qələndərzadə Tallində Avropa çempionu tituluna sahib çıxdı

Estoniyanın paytaxtı Tallində gənc oğlanlardan və qızlardan ibarət cüdo üzrə Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində Vüsal Qələndərzadə (73 kq) qızıl medal qazanıb.

O, finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.