Avropa çempionatında yarışacaq millimizin heyəti açıqlandı - SİYAHI
Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət cüdo milli komandaları sentyabrın 5-8-i aralığında keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Mediasport.az xəbər verir ki, ölkəmiz Estoniyanın paytaxtı Tallində keçiriləcək yarışda 11 çəki dərəsində 9 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.
Gənclərdən ibarət milli yığmanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə Xorvatiya, İspaniya, Avstriyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.
İdmançılar 5-7 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 8 sentyabrda komanda yarışlarında iştirak edəcək.
Məmmədrza Hacızadə komanda yarışında mübarizəyə qoşulacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığma komandanın məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədov rəhbərlik edəcək.
Yarışda Olimpiya mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyi tərəfindən idman komissarı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcək.
Avropa çempionata qatılacaq Azərbaycan milli komandasının heyəti
Qızlar
-48 kq.
Könül Əliyeva
Fəridə Mirzəyeva
-52 kq.
Xədicə Qədəşova
-57 kq.
Fidan Əlizadə
Fidan Qasımova
-70 kq.
Pərvanə Abdullayeva
+78 kq.
Nigar Süleymanova
Oğlanlar
-60 kq.
Nizami İmranov
-73 kq.
Vüsal Qələnədrzadə
Aydın Rzayev
-81 kq.
Vüsal Qələndərzadə
-90 kq.
Aslan Kotsoyev
-90 kq.
Şamil Tuncay
-100 kq.
Əjdər Bağırov
+100 kq.
Ramazan Əhmədov
Kənan Nəsibov