Azərbaycanlı güləşçinin oğlu ABŞ-də 2023-cü ilin ən yaxşısı seçilib

Azərbaycanlı güləşçinin oğlu ABŞ-də 2023-cü ilin ən yaxşısı seçilib

ABŞ-də 2023-cü ilin ən yaxşı sərbəst güləşçilərinin adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, ABŞ Güləş Federasiyasının tərtib etdiyi siyahıda ilk pilləni Azərbaycanın veteran güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov (61 kiloqram) tutub.

Həmyerlimiz ilk dəfə bu titula layiq görülüb. O, daha əvvəl ABŞ-nin ikiqat Olimpiya və dördqat dünya çempionu Con Smitin adına daşıyan mükafata sahib çıxıb.

Qeyd edək ki, ötən il dünya çempionatında debüt edən V.Orucov qızıl medal qazanıb.

Güləşçi Panamerika və ABŞ Açıq çempionatlarının da qalibi olub.

Azərbaycanlı idmançı zədə səbəbindən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışlarda iştirak edə bilməyib.